Asiya kubokunda 2 medal

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku start götürüb.

Newsport.az xəbər verir ki, beynəlxalq turnirdə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb.

-60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev gümüş, -50 kq çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal qazanıb.

Ölkəmiz turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right