Rusiyalı deputat Jilina məsələsində amerikalıları günahkar sayır

Svetlana Jurova Veronika Jilinanın Azərbaycan bayrağ altında iştirakının uğursuzluğu haqqında fikirlərini bildirib.

Xatırladaq ki, dünən Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası 17 yaşlı rusiyalı Jilinanın idman vətəndaşlığını dəyişmək tələbini rədd edib.

“Bir çoxları üçün o, ciddi rəqibdir, güclüdür. Burada amerikalıların təzyiqi olduğunu düşünürəm. Məsələni nəzərdən keçirən komissiya  bəlkə də təzyiqlə üzləşərək icazə verməyib.

Bundan sonrakı hadisələri təqib etmək lazımdır. Qurum dərhal icazə də verə bilər, çünki belə hallar olub. Ya da tam qadağa qoyula bilər”, – deyə Rusiya Dövlət Dumasının deputatı, konkisürmə üzrə olimpiya çempionu Jurova bildirib.

Əlavə edək ki, Jilina 2022/23 mövsümünün yeniyetmələr arasında Rusiya Qran Prisinin qalibidir. O bu il Azərbaycan pasportunu alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right