“Gəncə”dən növbəti transfer

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu ABŞ-dən olan oyunçu ilə müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Libero Alisa Kim ilə bir mövsümlük müqavilə bağlanıb.

Voleybolçu ötən mövsümü Rumniyanın “Rapid” (Buxarest) komandasında keçirib və ölkə kubokunda bürünc medala sahib olub. Libero karyerası ərzində Sloveniyanın “GEN-I” və ABŞ-nin “Gonzaga University” komandalarında forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right