Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, komanda Sloveniya seçməsi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Milli daha əvvəl Macarıstana eyni hesabla uduzub.