Azərbaycan idmançısı dünya kubokunda 2 qızıl medal qazanıb

Azərbaycanın parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya kubokunda iki qızıl medal qazanıb.

Bu barədə Newsport.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

88 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right