“Prezident Kuboku-2025” turnirinin bağlanış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilən tədbirdə qalib komandalar kuboklarla təltif edilib.

Kaneo-kayak növündə Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan yığmaları kubokla mükafatlandırılıb.

Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı olub.

“Prezident Kuboku-2025”ə atəşfəşanlıqla yekun vurulub.

Azərbaycan avarçəkənləri yarışı 15 medalla (1 qızıl, 7 gümüş, 7 bürünc) başa vurublar. Turniedə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right