AFFA tərəfindən Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində məşq meydanının süni ot örtüyünün yenilənməsi işləri başa çatıb.
Newsport.az xəbər verir ki, bu barədə milli assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir.