Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir idmançısı medal qazanıb.
Kişilər arasında -100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev gümüş medalla kifayətlənib. İdmançımız finalda gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.
Qeyd edək ki, ilk üç gündə Əhməd Yusifov (60 kq), Zelim Tçkayev (81), Murad Fətiyev (90) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.