Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.

Newsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan aktivinə 1 medal yazdırıb.

Kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov Avropa üçüncüsü olub. Cüdoçumuz həlledici görüşdə üçqat Avropa çempionu Fransisko Qarriqosu (İspaniya) ipponla məğlub edərək bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right