Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVI turun oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, UNEC “Murov Az Terminal”la üz-üzə gələcək.

UNEC-in idman zalında baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Turun digər görüşlərində “Abşeron” “Gəncə”ni, “Azərreyl” isə “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

“Abşeron” - “Gəncə” matçına saat 16:00-da, “Azərreyl” - “Milli Aviasiya Akademiyası” görüşünə isə 18:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right