Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, ölkəmizi ilk dəfə sözügedən turnirdə təmsil edən “Qəbələ”də ilk oyununa çıxacaq.
Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın PAOK klubunu qəbul edəcək.
“Qəbələ”nin Yunanıstan klubu ilə oyun təcrübəsi var. “Pley-off”da “Panatinaikos”u mübarizədən kənarlaşdıran təmsilçimiz PAOK-a da gücünü göstərməyə çalışacaq.
Qrup mərhələsinə qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıran “Qəbələ” uğurlu seriyanı davam etdirməlidir.
17 sentyabr
Avropa Liqasının qrup mərhələsi, I tur
22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)
Bakı. “Bakcell Arena”. Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)