Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.
A qrupunda "Napoli" (İtaliya) evdə "Ayaks"ı (Niderland) qəbul edib və 4:2 hesabı ilə qalib gəlib. Bununla da xalını 12-yə yüksəldən İtaliya təmsilçisi pley-offa vəsiqəni təmin edib. "Liverpul" (İngiltərə) isə "Reyncers"in (Şotlandiya) qonağı olub və rəqibini 7:1 hesabı il məğlub edib..
B qrupunda "Atletiko" (Madrid) "Brügge" (Belçika) ilə üz-üzə gəlib, görüş qolsuz bərabərliklə başa çatıb. "Brügge" bu nəticə ilə 1/8 finala vəsiqəni təmin edib.
C qrupunda günün maraqla gözlənilən matçında İtaliya "İnter"i İspaniyada "Barselona"nın qonağı olub. Gərgin və maraqlı keçən görüşdə qapılara 6 qol vurulub - 3:3. Qrupun autsayderi "Viktoriya" (Plzen) Çexiyada "Bavariya" ilə qarşılaşıb. 4:2 hesabı ilə qalib gələn münhenlilər növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, ötən gün "Mançester Siti" və "Real" da 1/8 finala vəsiqə qazanıb.
12 oktyabr
A qrupu
20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2
Qollar: Lozano, 4, Raspadoru, 16, Kvaratsxeliya, 62-pen, Osimhen, 90 - Klaassen 49, Berqveyn, 83-pen
23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə) - 1:7
Qollar: Skott Arfild, 17 - Roberto Firmino, 24; 55. Darvin Nunyes, 66, Məhəmməd Salah, 76; 80; 81. Harvi Elliott, 87
1
|
Napoli
|
4
|
4
|
0
|
0
|
17
|
4
|
+13
|
12
|
2
|
Liverpul
|
4
|
3
|
0
|
1
|
12
|
6
|
+6
|
9
|
3
|
Ayaks
|
4
|
1
|
0
|
3
|
8
|
12
|
-4
|
3
|
4
|
Reyncers
|
4
|
0
|
0
|
4
|
1
|
16
|
-15
|
0
|
B qrupu
20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0
23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) - 0:3
Qollar: Qaleno, 6. Mehdi Taremi, 53 (penalti), 64-pen.
C qrupu
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya) - 2:4
Qollar: Adam Vlkanova, 62. Yan Kliment, 75 - Sadio Mane, 10. Tomas Müller, 14. Leon Qoretska, 25; 35
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3
Qollar: Usman Dembele, 40. Robert Levandovski, 82; 90+2 - Nikola Barella, 50. Lautaro Martines, 63. Robin Qosens, 89
D qrupu
23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya) - 3:2
Qollar: Hın Min Son, 20; 36. Harri Keyn, 28 (penalti) - Daiti Kamada, 14. Faride Alidu, 87
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 0:2
Qollar: Matteo Genduzi, 20 (penalti). Aleksis Sançes, 30