"Sabah" qalib gəldi, Azərbaycanın UEFA reytinqinə təsir etdi

Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunun bir neçə oyunu UEFA reytinqindəki ölkələrin reytinqini yeniləyib.

Newsport.az xəbər verir ki, “Sabah”ın “KuPS” üzərində 1:0 hesablı qələbəsi Azərbaycanın xalına daha 0,250 xal əlavə edib.

Hazırda Azərbaycan 20.312 xalla reytinqdə 26-cı yerdədir.

İsrail Azərbaycandan bir pillə yuxarıdadır (20.750), Slovakiya isə bir pillə aşağıdadır (18.750).

Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right