Sabiq futbolçu “Qarabağ”ın rəqibindəki böhrandan danışdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın böhranı barədə fikirlərini bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yurgen Klopp da çətin anlar yaşayıb, bir vaxtlar “Liverpul” “Enfild”də ardıcıl altı oyunda məğlub olub. Amma indi Arne Slotun insanların onun məşqçi kimi mövqeyini şübhə altına aldığı bir dövrünü xatırlamıram”.

Slot 2024-cü ilin yayında “Liverpul”un baş məşqçisi postunda Kloppu əvəz edib. Niderlandlı mütəxəssisin rəhbərliyi altında debüt mövsümündə “qırmızılar” İngiltərə Premyer Liqasının qalibi olublar. Komanda bu mövsüm zəif oyunlardan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci yerdə qərarlaşıb və lider “Arsenal”dan 11 xal geridə qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right