"Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası 8 ildən sonra qitənin bir nömrəli klub yarışının ilk turu çərçivəsində Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Matç təmsilçimizin 3:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz digər turlarda rəqibləri müvafiq ardıcıllıqla "Kopenhagen", "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya) və "Liverpul" (İngiltərə) komandaları olacaqlar.