Leandro Andrade: "Şkendiya"ya qarşı əsl kollektiv kimi oynadıq"

“Bizim üçün yaxşı nəticə qeydə alındı. Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar. Hücumlara çıxdığımız anlarda verdikləri dəstək əla idi, əsl motivasiya verirdilər. Biz "Şkendiya"ya qarşı kollektiv kimi oynadıq və qalib gəldik. Şadam ki, qalib gəldik”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Leandro Andrade deyib.

Kabo-verdeli futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya”ya(5:1) qarşı cavab görüşünü şərh edib. Bununla yanaşı, pley-off mərhələsindəki “Ferentsvaroş”la görüşdən gözləntilərini də açıqlayıb:

“Pley-off mərhələsindəki şanslarımıza gəlincə, hər halda hazırlaşacağıq. Çətin matçlar olacaq. Hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right