Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi "Şkendiya" ilə üz-üzə gəlib.
Ağdam təmsilçisi ilk hissədə vurduğu qolla Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gəlməyi bacarıb.
Qeyd edək ki, cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
UEFA Çempionlar Liqası
3-cü mərhələ, ilk oyun
5 avqust
22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) 0:1
Qol: Toral Bayramov, 18 - pen.
Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç
VAR: Mixal Oçenaşa
AVAR: Boris Marhefkaya
(Hakimlər briqadası Slovakiyadandır)
Skopye, “Todor Proeski” stadionu