Okan Buruk millimizi çalışdırmaqdan imtina etdi

"Başakşəhər"in sabiq baş məşqçisi Okan Burukun Azərbaycan millisində işləməkdən imtina edib.

Newsport.az "Star" qəzetinə istinadən xəbər verir ki, türk mütəxəssis AFFA-nın təklifini müsbət cavablandırmayıb. Onun bu mövsüm İstanbuldan kənarda hər hansı yerdə işləmək istəmədiyi üçün bu addımı atdığı bildirilib.

Qeyd edək ki, daha əvvəl Samet Aybabanın da adı millimizlə hallanmışdı. Ancaq AFFA bu xəbərləri təkzib etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right