Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub. H qrupunda yer alan milli 1 xalla sonuncu yeri tutub.
Newsport.az-ın məlumatına görə, yığmanın seçmə mərhələlərdəki ən pis nəticəsinin təkrarıdı. Azərbaycan millisi daha əvvəl AVRO-1996 və AVRO-2020-nin seçmə mərhələsində 1 xal toplayıb.
Dünya çempionatlarının seçmə mərhələlərində isə bundan pis nəticə olmayıb. Yığma DÇ seçmələrində hər dəfə minimum 3 xal yığmağı bacarıb.