Lüksemburq mətbuatı bu gün DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyununun vacibliyindən yazıb.
Newsport.az xəbər verir ki, bununla yanaşı lüksemburqlu həmkarlar Lüksemburq millisinin Bakıdakı matçda şansları dəyərləndirib: "Statistikaya görə, hazırkı dünya çempionatının seçmə mərhələsi hələ də Lüksemburq tarixində ən yaxşısı deyil. 2014 və 2018-ci illərdə milli Luk Holtzun rəhbərliyi altında 6 xaldan çox yığıb. 2014-cü ildə 7, 2018-ci ildə 8 xal toplayıb milli. Həmin rekord Bakıda təkrarlana bilər.
Lüksemburq üç xal alsa, o zaman tarixi baryeri keçəcək.Və daha da yaxşısı: bu qələbənin komandamıza A qrupunda üçüncü yeri təmin etmək şansı yüksəkdi. Növbəti bazar günü birbaşa rəqibləri olan İrlandiya ilə son dueldən əvvəl belə olacaq.
Azərbaycan son illərin kontekstində Lüksemburq millisi üçün əlverişli rəqibdi. Lüksemburqun müsbət nəticə göstərdiyi azsaylı Avropa rəqiblərindən biridir. Və inanırıq ki, cümə axşamı o, eyni qalacaq.
Azərbaycan millisi bir xalla qrupda sonuncu yerdə qərarlaşıb və bu il yeganə müsbət nəticə Belarusla yoldaşlıq görüşündə qələbədir. İtaliyalı məşqçi Canni De Biazinin komandası sentyabr ayından mərkəz müdafiəçisi Bədavi Hüseynovsuz qalıb. Öz növbəsində yayda Azərbaycan liqasından Avropaya daha iki aparıcı futbolçu keçdi: hücumçu Mahir Əmrəli hazırda Polşanın "Legiya" klubunda çıxış edir, onun komanda yoldaşı Namik Ələsgərov isə Türkiyənin birinci divizion klubu "Bursaspor"la müqavilə imzalayıb. Bundan başqa, Ağdamın “Qarabağ” klubunun ən yaxşı futbolçularından olan xorvatiyalı sabiq futbolçu Filip Ozobiç də vətəndaşlığa çevrilib. Mərkəz yarımmüdafiəçisi Emin Mahmudov isə hazırda azərbaycanlıların bombardiridir: o, dörd qol vurub və son dərəcə təhlükəli və dəqiq zərbəyə malikdir.
İstənilən halda Lüksemburq qeyd-şərtsiz olmasa da, Azərbaycanla oyunun favoritidir. Bakıdan qələbədən başqa istənilən nəticə ilə ayrılmaq məyusluq olacaq" – Tageblatt yazıb.