"Legiya" Mahiri ittiham edən şəxsi məhkəməyə verir

Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

 

Newsport.az xəbər verir ki, klubun yaydığı bəyanatda qeyd olunub ki, veteran forvarda qarşı hüquqi addımlar atılacaq.

 

Bundan əlavə, bəyanatda bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri ilə təkzib edilib.

 

Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right