"Neftçi" Kaneni "Olimpiakos"a satdı icarəyə götürdü

“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb.

Newsport.az-ın məlumatına görə, klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.

Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right