Sabiq "Barselona"lının ölkəmizdə debütu niyə gecikir?

Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində bu gün "Sumqayıt"ın qonağı olacaq "Sabah"da 2 yeni transfer debüt edə bilər.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı müdafiəçi Şpiro Periçiç "kimyaçılar"la oyun üçün sifariş olunub.

Baş məşqçi Ramin Quliyev şans verəcəyi halda onu meydanda görə bilərik.

İspaniyalı Kristian Sebalyosun durumu isə bir qədər fərqlidir. Xorvatiyalı müdafəçidən də öncə "Sabah"ın sıralarına qoşulan "Barselona" yetirməsinin sənədləri hələ də gəlməyib.

Masazır təmsilçisi son ana kimi problemin həllinə ümid edir. Əgər belə olarsa, onu da "Sumqayıt"la oyunda meydanda görmək şansımız olacaq.

"Sumqayıt" - "Sabah" görüşü bu gün 20:00 "Kapital Arena"da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right