Norveç klubunun rəsmisi "Qarabağ"ın yeni transferi haqda nə dedi?

"Hauqesund"un meneceri Eirik Opedal "Qarabağ"ın bu klubdan İbrahima Vadjini transfer etməsi barədə danışıb.

Newsport.az-ın məlumatına görə, o, Norveç təmsilçisinin saytına açıqlamasında Ağdam klubunun 26 yaşlı hücumçu üçün sərfəli məbləğ təklif etdiyini bildirib:

"Qarabağ"dan Vadji üçün yaxşı və dəyərləndirməyimiz lazım gələn bir təklif aldıq. Vadjini buraxmağı, ona bu fürsəti verməyi düzgün hesab etdik. Bu yay hücum xəttimizi yaxşı gücləndirmişik. Artıq klubda Vadjini əvəz edə biləcək oyunçular var".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right