AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Avqustun 19-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi

2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi

3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi

4. Digər məsələlər





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right