21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yığmamızın Finlandiya və Xorvatiya ilə görüşləri Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.
Qeyd edək ki, U-21 oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də Xorvatiyanı qəbul edəcək.