Millimizin sabiq üzvü Şimali Makedoniyaya yollana bilər

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə Şimali Makedoniyada oynaya bilər.

Newsport.az-ın məlumatına görə, futbolçuya öncə “Pelister”dən təklif gəlib. Amma klubdakı maliyyə problemlərinə görə keçid baş tutmayıb.

Bu dəfə isə Şimali Makedoniyanın tanınmış klubu “Rabotniçki” futbolçuya təklif göndərib. Hələ ki, tərəflər arasında danışıqlar gedir. Əgər razılıq əldə olunsa, Quluzadə karyerasını Skopye klubunda davam etdirəcək.

​“Neftçi” yetirməsi olan 28 yaşlı futbolçu karyerası ərzində “Kayseri Ərciyəsspor”, “Rəvan”, “Qəbələ”, “Atletiko”(Portuqaliya), “Sumqayıt”, “Larissa”(Yunanıstan), “Səbail”, “Drita”(Kosovo), “Çelik”(Bosniya və Herseqovina), “Milsami”(Moldova) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right