Rəşad Sadıqov: "Komanda tam istədiyim səviyyədə deyil"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri yoxlama matçından sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis məğlubiyyəti (0:1) şərh edib:

"Maraqlı oyun oldu. Xüsusilə də ikinci hissə sürətli keçdi. Son yoxlama oyunumuz idi. 1 həftə sonra Premyer Liqanın ilk turunda "Qarabağ"la qarşılaşacağıq. Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right