Ozobiç milliləşdirilməsindən danışdı

“Dünən eşitdim ki, FIFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Mən bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır”.

Bu sözləri Qol.az-a açıqlamasında “Qarabağ”ın yarımmmüdafiəçisi Filip Ozobiç deyib.

FİFA 30 yaşlı xorvat futbolçunun Azərbaycan millisində oynamasına icazə verib. Bununla əlaqədar hazırda Avstriyada "Qarabağ"la təlim-məşq toplanışında olan Ozibiç deyib: “Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millimizin baş məşqçisi mənə dəvət göndərərsə, mənim üçün doğmalaşmış Azərbaycanın seçmə komandasının uğurlu çıxş etməsi üçün hər zaman əlimdən gələni etməyə hazıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right