Millimizin üzvünün komandası Premyer Liqaya qayıdır

Millimizin  üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" 2020/2021 mövsümünün sonunda Ukrayna Premyer Liqasından ayrılmasına baxmayaraq, yeni mövsümdən elitaya qayıdır.

Newsport.az xəbər verir ki, bu barədə "Meta-ratings" məlumat yayıb. Bildirilib ki, bu yaxınlarda "Olimpik" (Donetsk) Ukrayna çempionatından çıxdığını və peşəkar fəaliyyətinin dayandırdığını elan edib. "Olimpik"in əvəzinə ölkə çempionatına "Minay" qayıdacaq.

Ukrayna Futbol Assosiasiyasının növbəti iclaslarından birində "Minay"ın elitaya qayıdışını rəsmən təsdiqləyəcəyi vurğulanıb.

Qeyd edək ki, "Minay" ötən mövsüm ölkə çempionatını sonuncu pillədə tamamlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right