"Zirə" braziliyalı hücumçu ilə yeni müqavilə imzaladı

“Zirə” futbolçusu Felipe Pahtmanla yeni müqavilə imzalayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququ alınmaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. 21 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına "Lvov" klubunda başlayıb və bu ilin yanvarından "Zirə"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right