Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda Rusiya “Arsenal”ı ilə qarşılaşıb. Ağdam klubu Tula təmsilçisi ilə görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabıyla məğlub etmişdi.
Yoxlama oyunu
11 iyul
"Qarabağ" – "Arsenal" (Tula) 0:1