Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itki ilə üzləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, komandanın əsas oyunçularından olan Elvin Cəfərquliyev zədələnib.
Topuq bağları qırılan müdafiəçi yaxın günlərdə Almaniyada əməliyyat olunacaq. Onun ən azı 2-3 ay yaşıl meydanlardan uzaqda qalacağı gözlənilir.