“Neftçi” klubunun Çempionlar Liqasında Tbilisi “Dinamo”su ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Newsport.az xəbər verir ki, I təsnifat mərhələsinin cavab görüşü moldovalı hakimlər briqadasına həvalə edilib.
İyulun 14-də baş tutacaq görüşün baş hakimi Dumitri Muntean, yan xətt hakimləri Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” matçı “Bakcell Arena”da saat 21:00-da başlayacaq.
Montean əvvəllər də Bakıya səfər edib. O, 2 il öncə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçirilmiş oyunu idarə edib. Həmin görüşdə təmsilçimiz 2:0 hesablı qələbə qazanmışdı.