"Sumqayıt"dan "Neftçi"yə keçdi Rəsmi

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlayıb.

Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin bu komandanın heyətində “97” nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

“Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right