"Qarabağ"dan Eriksenlə bağlı paylaşım

"Qarabağ" Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı paylaşım edib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəsmi "Feysbuk" səhifəsində 29 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Tottenhem"də çıxış etdiyi vaxt 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynadığı matçdan şəkil paylaşıb. Paylaşımda "Möhkəm ol, Eriksen!" sözləri yer alıb.

Qeyd edək ki, Eriksenin durumu sabitləşib.

Xatırladaq ki, Finlandiya - Danimaka görüşü Kristianın huşunu itirməsi səbəbindən təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right