“Zirə” 4 ay əvvəl gətirdiyi hücumçunu saxlamadı

“Zirə”də “təmizləmə işləri”ni davam etdirir.

Newsport.az-ın məlumatına görə, bu dəfə növbə Fakundo Meliviloya çatıb.

“Qartallar” martın əvvəlində 4 aylıq müqavilə bağladığı argentinalı hücumçunun qalmasında maraqlı olmayıb.

28 yaşlı legioner daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.

Qəsəbə təmsilçisi ondan öncə Rodriqo Bonqonqui, Mateus Albino, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk və Elvin Camalovla vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right