“Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Newsport.az saytının məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb.
Anlaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq. Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.