“Türkiyə millisinə Avropa çempionatında uğurlar diləyirəm”
Newsport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin Türkiyə ilə keçirdiyi yoldaşlıq görüşündən sonra deyib.
Qurum rəhbəri komandamızın Alanyada 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Türkiyə mətbuatına açıqlamasında "ay-ulduzlular"a AVRO-2020-də uğurlar arzulayıb:
“İnanıram ki, türkiyəli qardaşlarımız Romadan qələbə ilə Bakıya gələcəklər və Azərbaycanda da zəfər çalacaqlar. Onların bizi sevindirəcəyinə inanıram”.