Azərbaycan U-21 millisi Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə son matçına çıxıb.
Milan Obradoviçin baş məşqçisi olduğu komanda Özbəkistanın U-21 yığması ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz ötən gün yarışda Ukrayna ilə üz-üzə gəlib və minimal hesablı qələbə qazanıb – 1:0. Sabah keçiriləcək Ukrayna – Özbəkistan oyunu ilə komandaların turnirdəki sıralamaları məlum olacaq.
27 may
Valeri Lobanovskinin xatirə turniri
18:00. Özbəkistan U-21 – Azərbaycan U-21 - 1:0
Qol: Jasurbek Jaloliddinov, 75