Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş keçirilib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş zamanı Avro-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda Avro-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib.