Elxan Məmmədov, Canni de Byazi və Honda Ağdamda FOTOLAR

"Neftçi"nin futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonunda səfərdə olub.

Sportal.az xəbər verir ki, yaponiyalı ulduz "Qarabağ"ın stadionu "İmarət"də olub. 34 yaşlı futbolçu instaqram hesabında bu barədə paylaşım edib:

"Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, "Qarabağ" ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. Ümid edirəm, burada futbol yenidən doğulacaq".

Səfərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və millinin italiyalı baş məşqçisi Canni De Byazi də olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right