Samir Abasov: "Mövsüm ərzində ən yaxşı oyunumuzu keçirdik"

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXIII turunda “Zirə”yə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görəo, qələbəni belə şərh edib:

“Komandamı qələbə qazanması münasibətilə təbrik edirəm. 4:0 udursansa, deməli, emosiyalar müsbətdi. Yolumuza davam edirik. Öz azarkeşlərimiz mənə irad tutur ki, əvvəlki komandalarda daha çılğın idiniz. Ortaq yol tapmalıyam ki, həm sizi, həm də onları razı salım. “Zirə” doğrudan da yaxşı komandadı. Baş məşqçisi qısa müddətdə böyük işlər görüb. Bizi onlarla oyun ərəfəsində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Bu hesab “Zirə”nin gücünü göstərmir. Əsas odu ki, arxayınlaşmayaq. Oruc tutan futbolçular var. Hər şeyə fikir verməliyik.

“Zirə” ilə əvvəlki 3 oyunu götürsək, onlara qarşı elə də pis oynanamamışdıq. Sadəcə, qol epizodlarına girə bilməmişdik. Bu gün isə daha səbirli, ehtiyatlı oynadıq. Matçın açar hissəsi də bu oldu. Yeganə fərq səbrli oynamağımız oldu.

Mövsüm ərzində ən yaxşı oyunumuzu keçirdik. “Qəbələ” ilə oyunda da çox yaxşı təsir bağışlamışdıq. Sadəcə, orada tələsirdik. Məşqlərdə etdiyin meydanda alınanda bundan zövq alırsan. Bu gün futbolçularımız tam olaraq “Zirə”yə köklənmişdi. Meydanda sanki mexanizm işləyirdi”.

 

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah