“Hərdən belə hallar da olur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik komandaya qarşı oynadıq. Tam hazır olan futbolçular meydanda idilər. Fərqli dəyişikliklər etmişdik. Hücum xətti çox güc sərf etdi. Ona görə Kvabena Ovusu, Filip Ozobiç və Abdullah Zubiri tez əvəzlədik.

Bu matçda hakim tərəfdən təzyiq hiss olunmadı. Amma bəzi matçlarda 4-cü hakimlər bizə öz etirazlarını bildiriblər. Bizim sırada səs-küyün çox olmasını xoşlamıram. Amma hərdən belə hallar da olur. Bu da futbolun gözəlliklərindən biridir.

Ümid edirəm ki, zədəlilər tez zamanda sağalar. Çempionat və kuboku qazanmaq fərqli prestijdir. Hər oyuna köklənmək həm futbolçular, həm də mənim üçün vacibdir. Çalışırıq ki, oyunçular çox yüklənməsinlər. İlk növbədə öz oyunlarımızı düşünürük. Bəlkə də üzərimizdə təzyiq hiss olunur. Amma əsas fikrimiz oynayacağımız rəqibdə olur.

Zədələrini yenicə sağaltmış Qara Qarayev və Mahir Emreliyə gəlincə, hər ikisi fərdi məşq edir. Sadəcə, Qara məşqin bəzi hissəsində komanda ilə birlikdə olub. Bu gün meydana buraxmaq olardı. Amma həkimlər məsləhət görmədilər. Mahirin də durumu pis deyil. Sabahdan komanda ilə hazırlığa başlaya bilərlər. Xayme Romeronun mikrozədəsi olduğundan onun da meydana çıxmasında risk var idi. Nə dərəcədə hazır olacaqları qarşıdakı günlərdə bilinəcək”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah