Azərbaycan yığması 3 yoxlama matçı keçirəcək

Martın 14-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq müddətində 3 yoxlama oyunu keçirəcək.
 
Newsport.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv martın 20-də "Qarabağ", 27-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan" və 29-da isə "Qəbələ" ilə qarşılaşacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Lakin oyunların məkanı hələlik məlum deyil.
 
Qeyd edək ki, təlim-məşq toplanışı martın 29-dək davam edəcək.
 
20 mart
17:00. “Qarabağ” – Azərbaycan U-21
 
27 mart
16:00. Azərbaycan U-21 – “Qaradağ Lökbatan”
 
29 mart
16:00. Azərbaycan U-21 – “Qəbələ”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right