"Qarabağ" "Sabah"a qalib gəldi, "Sumqayıt" - "Keşlə" oyununda bərabərlik Yenilənib

Bu gün Premyer Liqada 20-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Qarabağ" autsayder "Sabah"ı qəbul edib və qalib gəlib - 2:0.

Günün son qarşılaşması Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Keşlə" ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 2:2.

Turun digər 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.

13 mart (şənbə)

19:15. “Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: 
Azər Salahlı, 4 (0:1), Camaləddin Xocaniyazov, 48 (1:1), Azər Salahlı, 74 (1:2), Rəhim Sadıxov, 79 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
“Kapital Bank Arena”

 

17:00. “Qarabağ” – “Sabah” - 2:0
Qollar:  
Filip Ozobiç, 42, Mahir Emreli, 73
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev
Reallaşdırılmayan penalti: Ozobiç, 15 (qapıçı penaltini dəf edib)
“Azersun Arena”

Qeyd edək ki, turun digər 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right