Fəriddən Çexiyada 4-cü qol

Azərbaycanın U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin çıxış etiyi Çexiyanın “Viktoriya” klubu növbəti yoxlama oyununu keçirib. 

Newsport.az xəbər verir ki, Jijkov təmsilçisi digər Çexiya klubu “Beneşov”la qarşılaşıb. Dörd qolun vurulduğu matç “Viktoriya”nın qələbəsiylə başa çatıb - 3:1.

İkinci hissədə meydana çıxan Fərid komandasının sonuncu qolunu vurub.

Qeyd edək ki, bu, Nəbiyevin qışda transfer olunduğu “Viktoriya”da 4-cü qoludur. O, daha öncə “Budeyoviçe” ilə yoxlama oyununda (7:1) het-trikə imza atmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right