"Tobol" Emil Balayevsiz başladı

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, Qazaxıstan təmsilçisi “Jilina” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb. Emil Balayev oyunun iştirakçısı olmayıb.

Qeyd edək ki, erməni baş məşqçi Qriqoriy Balayan komandaya təyin olduqdan sonra Balayevin “Tobol”dan ayrılması gündəmə gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right