"Qarabağ"ın texniki məğlubiyyəti rəsmiləşdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az saytının məlumatına görə, nda aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının I turunun AZAL – “Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Qarabağ” matçın 50-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).

Oyunun 59-cu dəqiqəsində “Qarabağ” klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 98).

Əvəzedici heyətlərin I turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 54-cü dəqiqəsində “İnter” klubunun 45 №-li futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin I turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunur (maddə 40).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right