Paytaxtın AZAL klubu yeni transferləri Rəşad Abdullayevlə Qeyrət Əliyevi növbəti oyunlar üçün PFL-dan qeydiyyatdan keçirib.
Newsport.az-ın məlumatına görə, millimizin sabiq üzvü olan Rəşad Abdullayev yeni komandasında 17, Qeyrət Əliyev isə 55 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl də AZAL-da oynayan Abdullayev 27 nömrəli forma altında çıxış edirdi. Hazırda 27 nömrə Eltun Hüseynovda olduğu üçün Rəşad fərqli qərar qəbul edib.